İraq qüvvələri Mosulun qərbində irəliləyir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i263224-İraq_qüvvələri_mosulun_qərbində_irəliləyir
İraqın Müştərək Hərbi Qüvvələri Komandanlığı iraqlı qüvvələrin Mosul şəhərinin qərb sahilində irəlilədiyini bildirib: İraq qüvvələri bir sıra bölgələri azad etməklə yanaşı, İŞİD terror qruplaşmasının onlarla üzvünü məhv ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 22, 2017 08:38 Asia/Baku
  • İraq qüvvələri Mosulun qərbində irəliləyir
    İraq qüvvələri Mosulun qərbində irəliləyir

İraqın Müştərək Hərbi Qüvvələri Komandanlığı iraqlı qüvvələrin Mosul şəhərinin qərb sahilində irəlilədiyini bildirib: İraq qüvvələri bir sıra bölgələri azad etməklə yanaşı, İŞİD terror qruplaşmasının onlarla üzvünü məhv ediblər.

İraq qüvvələri həmçinin Mosulun qərbində Nablos və Ər-Risalə məhəllələrində binaları azad edib, əl-Yabisat, Vadi əl-Eyn və Yərmuk məhəllələrində mövqelərini möhkəmlədib və İŞİD terrorçularına aid çoxlu miqdarda silah-sursatı aşkarlayaraq götürüblər. 

İŞİD terror qruplaşması 2014-cü ildə ABŞ və ərəb və qərb müttəfiqləri, o cümlədən Səudiyyə Ərəbistanının maliyyə və hərbi dəstəyi ilə İraqa hücum edib və bu ölkənin şimal və qərbində bir sıra bölgələri işğal edərək çoxlu cinayətlərə imza atmışdır.