Qəzzədə fələstinli azadə terror edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i263512-qəzzədə_fələstinli_azadə_terror_edilib
Fələstinli mənbələr Qəzzə zolağında bir fələstinli azadənin terror olunmasından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 25, 2017 09:02 Asia/Baku
  • Qəzzədə fələstinli azadə terror edilib
    Qəzzədə fələstinli azadə terror edilib

Fələstinli mənbələr Qəzzə zolağında bir fələstinli azadənin terror olunmasından xəbər veriblər.

Fələstinli azad olunmuş əsir Mazən Fuqəha dünən axşam naməlum şəxslərin gülləsilə Qəzzədə terror olunub.

Bu mənbə həmçinin bildirib ki, Qəzzənin təhlükəsizlik orqanları fələstinli azad olunmuş əsir Mazən Fuqəhanın terroru barədə təcili təhqiqata başlayıblar.

İndiyədək çoxlu sayda fələstinli əsir sionist rejim məhbəslərindən buraxıldıqdan sonra bu rejimin muzdur amilləri tərəfindən Fələstin ərazilərində, o sıradan Qəzzədə şəhid olubdur.