Mart 25, 2017 19:49 Asia/Baku
  • Bəhreynlilər Ali-Xəlifə rejiminin siyasətlərinə qarşı aksiya keçiriblər
    Bəhreynlilər Ali-Xəlifə rejiminin siyasətlərinə qarşı aksiya keçiriblər

Bəhreynin müxtəlif məntəqələrinin əhalisi bu ölkədəki zahiri məhkəmələr tərəfindən edam hökmünün çıxarılmasına etiraz və bəhreynli şəhid Mustafa Həmdanı himayə istiqamətində aksiya keçirib.

Əlaləm telekanalının məlumatına görə, Bəhreynin müxtəlif məntəqələrinin əhalisi bu gün şüarlar verərək, cümə axşamı günü bu ölkənin zahiri məhkəmələri tərəfindən siyasi fəaliyyətə malik olmuş üç bəhreynli gənc barədə edam hökmünün çıxarılmasını pisləyibdir.

Aksiyaçılar habelə 18 yaşlı bəhreynli şəhid Mustafa Həmdanın şəkillərini daşıyaraq, Ali-Xəlifə rejiminə qarşı şüarlar veriblər.

Mustafa Həmdan ötən yanvarda tanınmış şiə ruhani Şeyx İsa Qasimin Əldiraz məntəqəsində yerləşən mənzili önündə keçirilən piket zamanı Ali-Xəlifənin təhlükəsizlik qüvvələrinin atəşlərilə yaralanıb və cümə günü yaralarının ağırlığı üzündən şəhid olubdur.

Bəhreynli aksiyaçılar Bəhreyn şahı Həməd Bin İsa Xəlifənin bu ölkənin vəziyyətində məsuliyyət daşıdığını bildirirlər.

Bəhreyn 2011-ci ildən dinc xalq etirazları səhnəsidir. Bəhreyn xalqı öz ölkəsində ayrı-seçkiliyə son qoyulması, ədalətin icrası və azadlıq istəyir.

Teqlər