Əbdrəbbə Mənsur Hadi edama məhkum olundu
-
Əbdrəbbə Mənsur Hadi edama məhkum olundu
Yəmənin Cəza Məhkəməsi bu ölkənin istefa vermiş prezidenti Əbdrəbbə Mənsur Hadi və onun hökumətinin 6 rəsmisini edama məhkum edib.
Əl-Məsirə televiziyasının məlumatına görə, Yəmənin Cəza Məhkəməsi ölkəyə xəyanət, Ərəbistanın Yəmənə təcavüzünə şərait yaratmaq ittihamı ilə Əbdrəbbə Mənsur Hadi və onun hökumətinin 6 rəsmisini edama məhkum edib.
Əvəz Bin Mübarək, Riyaz Yasin, Əbdülvəhhab əl-Ünsi, Sultan əl-Ətvani, Əbdüləziz Cəbbari və Əli Həsən əl-Əhmədi edama məhkum olunan 6 rəsmidir.
Səudiyyə Ərəbistanı ABŞ və qərb və ərəb ölkələrinin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib. İstefa vermiş prezident Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaq bəhanəsi ilə Yəməni quru, hava və dənizdən mühasirəyə alıb.
Bu hərbi təcavüzün indiyə qədər 11 min yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması, milyonlarla yəmənlinin didərgin düşməsi və bu ölkə infrastrukturlarının məhv olmasından başqa nəticəsi olmayıb.