Mart 27, 2017 16:25 Asia/Baku
  • Mosulda 191 nəfər İŞİD tərəfindən kütləvi şəkildə qətlə yetirilib
    Mosulda 191 nəfər İŞİD tərəfindən kütləvi şəkildə qətlə yetirilib

İraq mənbələri Mosulda 191 nəfərin İŞİD terrorçuları tərəfindən qətlə yetirilməsindən xəbər veriblər. Bu şəxslər İŞİD-in əsirliyindən qaçmağa cəhd göstərdikləri üçün edam ediliblər.

İRNA-nın verdiyi məlumata görə, İraqın bir təhlükəsizlik rəsmisi bazar ertəsi günü bildirib ki, İŞİD terrorçuları 170 İraq vətəndaşını Mosulun Əl-İqtisadin məhəlləsindən qaçmağa cəhd göstərdiyi üçün qətlə yetiriblər. Bu məlumata görə, daha 21 nəfər isə Mosulun şərqində, Əl-Surə məntəqəsində qətlə  yetirilib. 

İŞİD terrorçuları həmçinin, Mosul sakini olan 36 nəfəri şəhərin şərqində güllələyib. 

Neynəva vilayətinin azad edilməsi üzrə birləşmiş komandanlıqlar qərargahının müharibə təbliğatı bölməsi Mosulun qərb hissəsi ilə bağlı döyüşlərin davam etdiyi bölgələr və azad edilmiş ərazilər üzrə yeni bir xəritə yayımlayıb. Bu xəritəyə əsasən terrorçular hələ də tarixi Ənnuri məscidinə nəzarəti qoruyurlar və döyüşlər əsasən bu məscidin yerləşdiyi ərazinin ətrafında gedir. 

Həmçinin, bu xəritəyə görə, Mosulun qərb hissəsinin 60%-i azad edilib və hazırda bütün diqqət şəhərin qədim hissəsinin azad edilməsinə yönəlib. İŞİD terrorçularının sıxlıq təşkil etdiyi bu məntəqədə yerli əhali terrorçular tərəfindən canlı qalxan olaraq istifadə edilir. 

Teqlər