Ərəbistan Yəməndə minlərlə tarixi abidəni məhv edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i263768-Ərəbistan_yəməndə_minlərlə_tarixi_abidəni_məhv_edib
Yəmənin Muzeylər və Tarixi Əsərlər Baş İdarəsi ötən iki ildə Ərəbistanın Yəmənə olan hücumları zamanı 2000-dən çox tarixi abidə və dəyərli sənət nümunəsinin o cümlədən 10 muzeyin məhv edildiyini açıqlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 28, 2017 05:55 Asia/Baku
  • Ərəbistan Yəməndə minlərlə tarixi abidəni məhv edib

Yəmənin Muzeylər və Tarixi Əsərlər Baş İdarəsi ötən iki ildə Ərəbistanın Yəmənə olan hücumları zamanı 2000-dən çox tarixi abidə və dəyərli sənət nümunəsinin o cümlədən 10 muzeyin məhv edildiyini açıqlayıb.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Yəmənin Muzeylər və Tarixi Əsərlər Baş İdarəsinin müdiri Məhənd Əssiyani rəhbərlik etdiyi idarənin Yəməndəki muzeylər və tarixi abidələrin siyahısını Ərəbistana təqdim etdiyini və onların yerləşdiyi məkanlar barədə Ər-Riyadı məlumatlandırdığını bildirib və deyib: Təəssüflər olsun ki, Ərəbistan hələ də bu məkanlara qarşı hücumlarını davam etdirir. 

Məhənd Əssiyani Yəmən muzeyləri və tarixi binalarına dəyən zərər və ziyanın miqyası ilə bağlı dəqiq dəyərləndirmə aparmanın çox çətin olduğunu bildirib və deyib: Bu, sadəcə tarixi binaların vəziyyətinin dəqiq şəkildə araşdırılmasından sonra mümkün ola bilər. 

Əssiyani bəzi tarixi binaların minalanması ehtimalını da istisna etməyib və bu kimi məkanların minalardan təmizlənməsinə təkid edib. 

Yəmənin Muzeylər və Tarixi Əsərlər Baş İdarəsindən verilən məlumata görə, 26 mart 2015-ci il tarixindən etibarən Ərəbistanın Yəmənə qarşı hərtərəfli hücumlara başlaması ilə, bu günə kimi Yəməndə 72 tarixi abidə, muzey və tarixi məkan dağıdılıb.