Ərəb Liqası ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə qarşı çıxdı
Ərəb Liqası Amerika səfirliyinin Təl-Əvivdən işğal altında olan Qüdsə köçürülməsi üzrə ABŞ hökumətinin ehtimal olunan addımı ilə müxalifət edib.
İRİB-nin məlumatına görə, Ərəb Liqası bir bəyanat hazırlayaraq, bu liqaya üzv ölkələrin müstəqil Fələstin ölkəsinin təsis edilməsi məsələsinə sədaqətini vurğulayıb.
Ərəb Liqasının bəyanatında həmçinin, ABŞ prezidenti Donald Trampın Amerika səfirliyinin Təl-Əvivdən işğal altında olan Qüdsə köçürülməsi və müstəqil Fələstin ölkəsinin təsis edilməsi yerinə hansısa digər alternativlərin tapılması barədə səsləndirdiyi fikirlər ilə də müxalifət edilib.
Ərəb Liqası həmçinin, bütün ölkələrdən istəyib ki, BMT-nin İsrailin Qüdsü işğal etməsini tənqid edən qətnamələrinə hörmətlə yanaşsınlar.
Ərəb Liqasının bu bəyanatı üzv ölkə başçılarının çərşənbə günü İordaniyada baş tutacaq sammiti öncəsi üzv ölkələrin xarici işlər nazirləri tərəfindən təsdiq edilib.