Mart 29, 2017 19:34 Asia/Baku
  • Livan prezidenti Ərəb Liqasının mövqelərini qınayıb
    Livan prezidenti Ərəb Liqasının mövqelərini qınayıb

Livan prezidenti Mişel Oun Ərəb Liqasının regional böhranlar barədə passiv mövqelərini qınayaraq deyib: Bu qurum öz mövqeyini yenidən əldə etməli və qan gökülməsinin qarşısını almalıdır.

İRNA-nın verdiyi məlumata görə, Mişel Oun bu gün Ərəb Liqasının İordaniyada keçirilən 28-ci sammit iclasında regiondakı qanlı toqquşmalara toxunaraq deyib: Bütün toqquşan tərəflər uduzacaq və orta şərqin bütün ölkələri mövcud durum barədə məsuliyyət daşıyırlar. 

Livan prezidenti Ərəb liqasının problemlərin həlli üçün əcnəbiləri gözləməməli olduğunu vurğulayaraq ərəb ölkələri arasındakı müharibələri eləcə də Fələstin məsələsinə diqqətsiliyi tənqid edib. 

Mişel Oun Livanın öz ətrafında növbəti müharibənin alovlanmasından nigaran qaldığını bildirərək deyib: Livan öz əhalisinin sayının yarısına qədər fələstinli və suriyalı didərgin qəbul edib və bu böhran onların əmn-amanlıq içində öz ölkələrinə qayıtmaları ilə həllini tapa bilər. 

Ərəb Liqasının sammit iclasında bu qurumun baş katibi Əhməd Əbu-Qeyz də ərəb ölkələrindəki daxili böhranların bu ölkələrin ən əsas problemləri olduğunu bildirərək deyib: Hər hansı ərəb böhranı ilə mübarizə üçün ilk addım müxtəlif tərəflər arasında ortaq mövqelər yaratmaq, etimad yaratmaq və onların arasında dialoq aparmaqdan ibarətdir. 

Ərəb Lİqasının sammit iclasında çıxış edən Qatarın əmiri Şeyx Həmd Bin Teyməm Ali-Sani də deyib: Terrorizmdən müsəlmanlara qarşı nifrət üçün istifadə edən qərbdəki seçki təbliğatları qarşısında susmamalıyıq. 

Qatarın əmiri Səudiyyə Ərəbistanı və bəzi ərəb ölkələrinin Yəmənə qarşı hərbi hücumlarının davam etməsinə təkid edərək deyib: Qatar Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadini dəstəkləyir. 

Qatar əmiri Suriyadakı təkfirçi terrorçulara dəstək xarakterli mövqeyində isə iddia edib ki, Suriya hökuməti keçid hökumətinin yaradılması barədə Cenevrə konfransının qərarlarını həyata keçirməlidir. 

Teqlər