BMT Yəmən barədə birgə mövqe bildirilməsini istəyib
-
BMT Yəmən barədə birgə mövqe bildirilməsini istəyib
BMT-nin Yəmənə göndərdiyi nümayəndəsi beynəlxal ictimaiyyəti Yəməndə toqquşan tərəflərlə müzakirəyə çağırıb.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, BMT-nin Yəmənə göndərdiyi nümayəndəsi İsmayıl Vələd Əşşeyx Əhməd bir bəyanatda Təhülkəsizlik Şurasından Yəmən barədə birgə beynəlxalq mövqe tutmasını istəyib və deyib ki, Yəməndə toqquşan tərəflərə mühribəyə son qoyulması və keçid dövlətinin yaradılmasına təminat verən siyasi və təhlükəsizlik tədbirlər toplusunu təqdim edib.
Vələd Şeyx Əhməd həmçinin Yəməndəki durum və bu ölkədə müzakirələrin davam etdirilməsi istiqamətindəki səylər barədə Təhlükəsizlik Şurasının üzvlərinə hesabat təqdim etdiyini və TŞ-nin tərəfləri qane etmək üçün öz imkanlarından istifadə etməsi və yekun razılaşma üçün imtiyazlar verməli olmasını vurğulayıb.
O deyib: Yəməndə vəziyyətin daha da ağırlaşmasının qarşısını almağın yeganə yolu dinc həll yolunun əldə olunmasıdır.
Səudiyyə Ərəbistanının Yəmənə qarşı hücumu son iki il ərzində 11 min mülkinin həlak olması 3 milyon yəmənlinin didərgin düşməsinə və bu ölkənin infrastrukturunun tam məhv olması ilə nəticələnib.