BMT-nin baş katibi İraqa daxil olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i264004-bmt_nin_baş_katibi_İraqa_daxil_olub
BMT-nin baş katibi qabaqcadan elan olunmadan İraqa daxil olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 30, 2017 07:52 Asia/Baku
  • BMT-nin baş katibi İraqa daxil olub
    BMT-nin baş katibi İraqa daxil olub

BMT-nin baş katibi qabaqcadan elan olunmadan İraqa daxil olub.

İRNA-nın verdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Bağdada daxil olduqdan sonra özünün Twitter səhifəsində yazıb ki, bu səfərdə məqsədi İraqda didərginlərin durumu ilə yaxından tanış olmaqdır. O bildirib ki, mülkinin həyatını mühafizə prioritet təşkil etməlidir. 

BMT-nin baş katibi İraqın şimalındakı didərgin düşərgələrinə baxış keçirmək və iraqlı rəsmilərlə ehtimali görüşləri barədə məlumat verməyib. 

Quterreş dünən İordaniya paytaxtında keçirilən Ərəb Liqasının sammit iclasında müharibələrdə mülki əhalinin mühafizəsi, didərginlərə sığınacaq verilməsi və onlara əlavə yardımlar edilməsinin vacibliyini vurğulamışdı.