Mart 30, 2017 20:57 Asia/Baku
  • Əl-İbadi İraqda İŞİD-in məhv edilməsi vaxtının yaxın olduğunu deyib
    Əl-İbadi İraqda İŞİD-in məhv edilməsi vaxtının yaxın olduğunu deyib

İraqın baş naziri İraqda terrorçu İŞİD qrupunun məhv edilməsi vaxtının yaxın olduğunu bildirib.

Əl-İraqiyyə telekanalının verdiyi məlumata görə, İraqın baş naziri Heydər Əl-İbadi bu gün ABŞ prezidenti Donald Tramp ilə telefon danışığında İraq ordusu və xalq qüvvələrinin İŞİD-ə qarşı qələbələrinə toxunaraq deyib: İraq qüvvələri İŞİD-ə qarşı ardıcıl qələbələrə imza atıblar və bu terrorçu qrupun məğlubiyyəti yaxındır. 

İraqın baş naziri həmçinin İraqa terrorizm ilə mübarizəsində beynəlxalq dəstəyin davam etməsinin əhəmiyyətini vurğulayıb. 

Bu telefon söhbətində ABŞ prezidenti də İraq ilə Amerika arasında xüsusiylə hərbi sahədəki əməkdaşlıqların davam etməli olduğunu vurğulayaraq deyib: İraq xalqının zəkası və qorxmazlığı nümunəvidir və bu ölkədə İŞİD tezliklə məhv olacaq. 

Buna baxmayaraq Amerikanın başçılıq etdiyi koalisiya reallıqda Suriya və İraqda xalq və ordu qüvvələrini qırğın edən amilə çevrilib və bu qüvvələrin fəaliyyəti terrorizm ilə mübarizə prossesini ciddi şəkildə əngəlləyir. 

Teqlər