Ötən 3 gündə 100-dən çox səud muzduru öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i264144-Ötən_3_gündə_100_dən_çox_səud_muzduru_öldürülüb
Yəmənin müdafiə nazirliyi dünən gecə bir bəyanatda bildirib ki, Yəmən ordusunun ötən üç gündəki raket və artilleriya hücumlarında 100-dən çox səud muzduru öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 31, 2017 04:10 Asia/Baku
  • Ötən 3 gündə 100-dən çox səud muzduru öldürülüb
    Ötən 3 gündə 100-dən çox səud muzduru öldürülüb

Yəmənin müdafiə nazirliyi dünən gecə bir bəyanatda bildirib ki, Yəmən ordusunun ötən üç gündəki raket və artilleriya hücumlarında 100-dən çox səud muzduru öldürülüb.

Fars xəbər agentliyinin məlumatına görə, yəmənli qüvvələr dünən səhər də səud hərbçilərinin Əlcuf-da yerləşən bazalarına iki ədəd Zəlzal-1 və Zəlzal-2 raketlərini atıblar.

Ərəbistan ABŞ-ın və Ərriyadla müttəfiq olan ərəb və Qərb ölkələrinin dəstəklərilə, eləcə də BMT-nin və insan haqları iddiasında olan digər Qərb təşkilatlarının sükutu altında Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini hakimiyyətə qaytarmaq bəhanəsilə 2015-ci ilin martından bu ölkəyə hərbi təcavüz edərək, Yəməni quru, dəniz və havadan mühasirəyə alıbdır.

Bu hərbi təcavüz indiyədək 11 mindən çox yəmənlinin qırğın edilməsi, on minlərlə nəfərin yaralanması, milyonlarla nəfər yəmənlinin didərgin düşməsi və bu ölkə infrastrukturlarının dağılmasından başqa heç bir nəticə verməyibdir.

Bu təcavüz habelə yoxsul Yəmən ölkəsini kəskin ərzaq və dərman çatışmazlığı ilə üzləşdirərək, müxtəlif xəstəliklərin yayılmasına bais olubdur.