Livanın şərqində İŞİD terrorçuları məhv edilib
-
Livanın şərqində İŞİD terrorçuları məhv edilib
İŞİD-ə üzv üç terrorçu sərnişini olduğu avtomobilin partlaması nəticəsində məhv olubdur. Hadisə Livanın şərqindəki Ərsal qəsəbəsində baş verib.
IRNA-nın məlumatına görə, Ərsal-ın meri Basil Əlhəcirinin sözlərinə əsasən, məhv edilmiş İŞİD-çilər sərnişini olduqları avtomobili digər bir məntəqədə partlatmalı idilər, amma partlayış qurşağının fəaliyyətindəki yanlışlıq onun vaxtından qabaq Ərsal qəsəbəsinin Əlşəfəq məntəqəsində partlaması ilə nəticələnibdir.
Bu məlumata görə, bu partlayışda üç terrorçu da yaralanıbdır.
Həmçinin partlayışın baş verməsindən sonra Livanın ordu qüvvələri məntəqəyə gələrək, təhqiqata başlayıblar.
Ərsal qəsəbəsi Bəəlbək şəhərinin yaxınlığında və Livan-Suriya sərhədində yerləşir.
Bu məntəqə son aylar ərzində Livan ordusunun terrorçu və təkfirçi qruplarla döyüş səhnəsi olubdur.