Ərəbistan müdafiə nazirinin müşaviri Londonda yumurta ilə qarşılanıb
-
Ərəbistan müdafiə nazirinin müşaviri Londonda yumurta ilə qarşılanıb
İnformasiya mənbələri bu gün səhər Londonda etirazçıların Ərəbistan müdafiə nazirinin müşaviri və təcavüzkarların sözçüsü Əhməd Əsiriyə hücum etmələrindən xəbər veriblər.
Fars xəbər agentliyinin məlumatına görə, Ərəbistanın Yəmənə təcavüzü ilə müxalif olanlar Ərəbistan müdafiə naziri müşavirinin Yəmən böhranının araşdırılması üzrə "Avropa Xarici Əlaqələr Şurası" adlı tədqiqat mərkəzinin iclasında iştirakının qarşısını almağa çalışıblar.
Bu aksiyada sülhsevər bir fəal- Sam Vatson Yəməndəki hərbi cinayətlərdə rol oynamasına görə, bu səud generalını "vətəndaş həbsi" altında qərar verməyə çalışıb.
"Vətəndaş həbsi"ndə məqsəd, İngiltərə qanunlarında canilərin həbs olunmaları üçün qeyri-polis vətəndaşlara verilən haqdır.
Əhməd Əsiri "Avropa Xarici Əlaqələr Şurası" adlı tədqiqat mərkəzində çıxış etmək üçün Londona səfər edibdir.
Ərəbistan müdafiə nazirinin müşaviri elə bir halda bu iclasa daxil olubdur ki, paltarının üzərində yumurta ləkəsi olubdur.