Amerikan koalisiya İraq və Suriyada mülkilərin qırğınını etiraf edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i264340-amerikan_koalisiya_İraq_və_suriyada_mülkilərin_qırğınını_etiraf_edib
ABŞ-ın komandanlığı altda olan sözdə İŞİD-ə qarşı beynəlxalq koalisiya bir bəyanat yayaraq, 2014-2017-ci illər arasında Suriyaya və İraqa qarşı hava hücumlarında yüzlərlə mülkinin qətlə yetirilməsi məsuliyyətini qəbul edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 02, 2017 05:56 Asia/Baku
  • Amerikan koalisiya İraq və Suriyada mülkilərin qırğınını etiraf edib

ABŞ-ın komandanlığı altda olan sözdə İŞİD-ə qarşı beynəlxalq koalisiya bir bəyanat yayaraq, 2014-2017-ci illər arasında Suriyaya və İraqa qarşı hava hücumlarında yüzlərlə mülkinin qətlə yetirilməsi məsuliyyətini qəbul edib.

Əlaləm telekanalının məlumatına görə, bu bəyanata əsasən, 2014-cü ilin avqustundan 2017-ci ilin fevralınadək ABŞ-ın komandanlığı altda olan koalisiya Suriya və İraqda 18600 hava hücumu həyata keçirib. Nəticədə 396 sivil həyatını itirib.

Belə bir halda, deyilənlərə görə, ABŞ-ın komandanlığı altda olan sözdə İŞİD-ə qarşı beynəlxalq koalisiyanın Suriya və İraqda öldürülmüş mülkilərin sayı barədəki dəyərləndirməsi real rəqəmlərdən çox aşağıdır.

"Airvars" nəzarət qrupunun araşdırması göstərir ki, ABŞ-ın komandanlığı altda olan koalisiyanın Suriya və İraqdakı hava hücumlarında azı 2500-dən çox insan öldürülüb.

ABŞ-ın komandanlığı altda olan sözdə İŞİD-ə qarşı beynəlxalq koalisiya Obamanın prezidentliyi dövründə Suriya və İraqda İŞİD terrorçuları ilə mübarizə iddialı bir hədəflə formalaşdı.

Belə bir halda, rəsmi məlumatlara görə, Amerika və onun qərbli və ərəb şərikləri İŞİD daxil olmaqla terror qruplarının əsas təsisçiləri, eləcə də maliyyə və silah himayədarları sayılırlar.