İşğalçılıqla müxalif olan yəhudilər Qüdsdə aksiya keçiriblər
Yüzlərlə yəhudi Beytulmuqəddəsdə aksiya keçirərək, Fələstin ərazilərinin sionist rejim tərəfindən işğal edilməsini pisləyibdir.
Aksiya işğalçılıqla müxalif olan bəzi təşkilatlar və sionist rejim parlamentinin bir qrup üzvü tərəfindən keçirilib.
Yəhudi etirazçılar sionist rejimin Fələstin ərazilərindəki ekspansianist və cinayətkar siyasətlərini regionda sülhün bərqərarına bir əngəl adlandırıblar.
Sionist qəsəbəsalmaların genişlənməsi, zorakılıq, ayrı-seçkilik və Fələstin ərazilərinin işğalı daim fələstinlilərdən əlavə, qəsb olunmuş ərazilərdəki əhalinin də etirazına səbəb olubdur.
Beynəlxalq təşkilatlar və dünya ölkələri də dəfələrlə sionist rejimdən istəyiblər ki, Fələstin ərazilərinin işğalına son qoysun, lakin bu rejim dünya ictimaiyyətinin tələbinə məhəl qoymadan fələstinlilərin ərazilərinin işğalı və onlara divan tutulmasını davam etdirir.