İraqın qərbində İŞİD-in ikinci şəxsi öldürülüb
İŞİD-in ikinci şəxsi bu terror qrupunun iki baş üzvü ilə yanaşı İraq ordusunun hava qüvvələrinin əməliyyatında öldürülüb.
Suməriyyə Nyus-un məlumatına görə, İraqın hərbi kəşfiyyat bölməsi bir bəyanatda bildirib ki, Əbu Bəkr Əlbəğdadidən sonra İŞİD-in ən mühüm şəxsi və qondarma müharibə naziri sayılan, Əbu Yəhya ləqəbli İyad Hamid Əlcuməyli şənbə günü İraq ordusunun hava qüvvələrinin Ələnbar vilayətinin qərbindəki Əlqaim şəhərində keçirdiyi əməliyyatında öldürülüb.
Bu məlumata görə, həmin əməliyyat habelə İŞİD-in hərbi qolunun məsul şəxsi, Əbu Hacər ləqəbli Turki Camal Əlduləymi və bu terror qrupunun idarə məsələləri üzrə məsul şəxsi Əbu Həttab ləqəbli Salam Muzəffər Ələcminin ölümü ilə nəticələnibdir.
Amerikanın və bu ölkənin Ərəbistan daxil olmaqla ərəb və qərbli müttəfiqlərinin maliyyə və hərbi dəstəklərilə 2014-cü ildə İraqa basqın edərək, bu ölkənin şimal və qərb məntəqələrinin bəzi hissələrini işğal etmiş İŞİD terror qrupu həmin məntəqələrdə saysız-hesabsız cinayətlər törədibdir.
Müştərək iraqlı qüvvələr hazırda İŞİD-in məhv edilməsi istiqamətində addımlayırlar və İŞİD terror qrupu özünün İraqdakı son qərargahı olan Mosulda mühasirə olunubdur.