Apr 02, 2017 20:08 Asia/Baku
  • İƏT sionist rejimin sionist qəsəbəsalmalarına reaksiya verib

İslam Əməkdaşlığı Təşkilatının baş katibi sionist rejimin xəfiyyə kabinetinin İordan çayının qərb sahilində yeni sionist qəsəbələrin salınmasına dair qərarını pisləyib.

Misirin Əlyəum Əlsabə informasiya portalının məlumatına görə, İslam Əməkdaşlığı Təşkilatının baş katibi Yusif bin Əhməd Ələsimin bu gün bildirib ki, Fələstin ərazilərindəki bütün sionist qəsəbələr BMT qətnamələri və beynəlxalq qanunlar əsasında qanunsuz sayılırlar.

İslam Əməkdaşlığı Təşkilatının baş katibi əlavə edib: Sionist qəsəbələrin inşası və genişləndirilməsi siyasəti Fələstin xalqının hüquqlarına açıq-aşkar təcavüz deməkdir.

Ələsimin BMT-nin Təhlükəsizlik Şurasından istəyibdir ki, öz qətnamələrini icra və sionist rejimi beynəlxalq öhdəliklərə sadiq qalmağa borclu etməklə sionist qəsəbələrin salınmasını dayandırsın. 

Sionist rejimin xəfiyyə kabineti ötən cümə axşamı günü əksəriyyət səslə İordan çayının qərb sahilində yeni sionist qəsəbənin salınması barədə qərar qəbul etdi. Sionist rejimin bu qərarı beynəlxalq səviyyədə pislənilməkdə davam edir.

Teqlər