Apr 02, 2017 21:04 Asia/Baku
  • Mosulun qərb hissəsinin 70%-dən çoxu azad edilib

İraqın xalq qüvvələri komandanlarından biri Mosulun qərb hissəsinin 70%-dən çoxunun İŞİD-in işğalından azad edilməsindən xəbər verib.

İraqın Suməriyyə Nyus kanalının məlumatına görə, İraqın xalq qüvvələri komandanlarından olan Kərim Əlxaqani deyib ki, Neynəva vilayətində yerləşən Mosul şəhərinin azad edilməsi üçün xalq qüvvələrilə İraqdakı digər silahlı qüvvələr arasında ahəngdarlıq mövcuddur.

Kərim Əlxaqani vurğulayıb: İŞİD terrorçularının mülkilərdən insan sipəri kimi istifadə etmələrinə rəğmən, iraqlı qüvvələr Mosulun azad edilməsinin bütün mərhələlərində vətəndaşların həyatını qoruyublar.

Mosul 2014-cü ilin iyunundan İŞİD-in işğalına keçdi. Mosulun azad edilməsi əməliyyatı 2016-cı ilin oktyabrından başlanıb və bu şəhərin şərq hissəsi hazırda iraqlı qüvvələrin nəzarətindədir. Bu şəhərin qərb hissəsinin azad edilməsi əməliyyatı da 2017-ci ilin fevralından başlanıbdır.

Digər bir xəbərə görə, Rusiyanın Sputnik xəbər agentliyi bildirib ki, iraqlı qüvvələr Mosulda İŞİD-in başçısı Əbu Bəkr Əlbəğdadini mühasirəyə salıblar.

Deyilənlərə görə, Əbu Bəkr Əlbəğdadi Mosul ilə Suriya sərhədi arasında yerləşən Tələfər şəhərində gizlənibdir.

Teqlər