Apr 04, 2017 20:57 Asia/Baku
  • Suriya böhranı Lüksemburqda masa üzərində idi
    Suriya böhranı Lüksemburqda masa üzərində idi

Avropa Komissiyasının xarici işlər nazirləri Lüksemburqda Suriya böhranı və böhrandan sonrakı Suriya mövzusunda iclas təşkil edərək, Suriyanın gələcəyi ilə bağlı indidən plan qurmağa başlayıblar.

Avropa Komissiyası 27 üzv ölkənin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasının sonunda və “Müharibədən sonra Suriyanın telyi” mövzusunda keçiriləcək Brüssel iclası ərəfəsində strateji bir sənəd qəbul edib. Bu 6 maddəlik sənəddə Suriya böhranının siyasi yolla həll edilməsinə və bütün tərəflərin atəşkəsə sadiq qalmasına təkid edilib. Sənəddə həmçinin, Suriyanın bütün məntəqələrinə humanitar yardımların göndərilməsi vurğulanıb.

Bu gün Brüsseldə işə başlayan 2 günlük Suriya iclasında Suriya böhranı ilə bağlı öncəki iclasların nəticələri və bundan sonrakı iclasların iş gündəmləri araşdırılacaq.

 

 

Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirləri Lüksemburqda bir araya gələrək, Suriyanın gələcəyi ilə bağlı düşüncələrini bölüşüblər.

7 il davam edən Suriya böhranının ardınca, indi Suriyanın taleyinin suriyalılar tərəfindən təyin edilməli olduğunu deyən avropalılar, müharibədən sonra Suriyada quruculuq işlərində iştirakdan da söz açırlar.

 

Federika Moqerini – AB-nin xarici siyasət üzrə ali nümayəndəsi:

“ Biz bir çox hallarda ixtilafların sona çatmasından sonra, işlərin qaydaya salınması üzrə atılacaq addımları planlaşdırmışıq. Bu isə çox gecdir. Buna görə də, biz , Suriya ilə bağlı, ixtilafların başa çatmasından sonrakı dövr üçün indidən proqrama malik olmaq istəyirik.”

 

Amma, bəzi Avropa ölkələri Suriya ilə bağlı bütün planlarının iflasa uğramasına baxmayaraq, hələ də, suriyalıların yerinə danışmaq və onların yerinə qərar qəbul etməkistəyirlər.

 

Jan Mark İro – Fransa xarici işlər naziri:

“Fransa Suriyanın Bəşşar Əsəd tərəfindən idarə edilməsini heç bir vəchlə qəbul edə bilməz. Çünki, Əsəd yüz minlərlə insanın ölməsi, həbs edilməsi və didərgin düşməsinə, bir ölkənin xarabalığa çevrilməsinə səbəb olub.”

 

Ərəb Liqasının baş katibi də Lüksemburqda olaraq, Ərəb Liqasının son sammitində qəbul edilmiş qərarlarla bağlı avropalı nazirlərə hesabat təqdim edib.

 

Əhməd Əbülğəyt – Ərəb Liqasının baş katibi:

“Biz bütün sahələr üzrə Avropa Birliyi ilə daha artıq əməkdaşlığın tərəfdarıyıq.”

 

Bu gün Avropa Birliyinin qərargahı olan Brüssel Suriya böhranındakı tərəflərin iclasına ev sahibliyi edir.  

 

Teqlər