ABŞ-ın Suriyaya raket hücumu ardınca İŞİD Palmiraya hücum edib
-
ABŞ-ın Suriyaya raket hücumu ardınca İŞİD Palmiraya hücum edib
Livanın əl-Məyadin televiziyası ABŞ-ın əl-Şəirat hərbi hava bazasına raket hücumu ardınca, İŞİD terror qruplaşmasının Palmira şəhərinə hücum etdiyini bildirib.
Homs valisi Təllal əl-Bərazi əl-Məyadin televiziyasına müsahibəsində ABŞ-ın əl-Şəirat hərbi hava bazasına hücumunda dəyən xəsarətlərə toxunub: İŞİD terrorçularının Homsun Palmira şəhərinə doğru hücumunun başlanması ilə, Suriya ordusu qüvvələri Palmiranın şərqində Həql Şair neft yatağı ətrafında İŞİD terrorçuları ilə toqquşublar.
Bununla yanaşı Vaşinqtonda hərbi məsələlər üzrə ekspert Heysəm Həssun da əl-Məyadinə müsahibəsində ABŞ-ın Homsun əl-Şəirat hərbi bazasına raket hücumu ilə Yaxın Şərqdə ekspansiyalara başladığını deyib: Bu hücumlar terrorizmin hamiləri olaraq Səudiyyə Ərəbistanı, Türkiyə və İsrailin sevinməsinə səbəb olub. Üstəlik Vaşinqtonun əlində vasitə olan terror qruplaşmalarının ruh yüksəkliyinə səbəb olacaq.
Bu arada Suriyanın Həma vilayətində "Əl-İzzə Ordusu" adlanan silahlı müxliflərin qrup komandanı Cəmil Saleh də ABŞ-ın Suriyaya raket hücumunu dəstəkləyib və gülünc iddia səsləndirib: Suriya hərbi dövlət obyektlərinə hücumların davam etməsi bu ölkə xalqnı mühafizə edəcək.
Suriyanın şimal-qərbində İdlib vilayətinin cənubunda Xan Şeyxun bölgəsində kimyəvi hücum bəhanəsi ilə Suriyaya hərbi müdaxilə üçün ABŞ rəsmilərinin məsləhətləşməsindən bir saat sonra ABŞ-ın Homs vilayətinə raket hücumu həyata keçirilib. Bu hücum müxtəlif reaksiyalarla nəticələnib. Terrorçuları dəstəkləyənlər ABŞ-ın Suriyaya raket hücumunu himayə ediblər.