Bəşşar Əsədin ofisi ABŞ-ın Suriyaya raket hücumu haqda bəyanat verib
-
Bəşşar Əsədin ofisi ABŞ-ın Suriyaya raket hücumu haqda bəyanat verib
Suriya prezidentinin ofisi ABŞ-ın Homsda əl-Şəirat hərbi hava bazasına raket hücumunu axmaq hərəkət və Birləşmiş Ştatların siyasi və hərbi dardüşüncəliyindən qaynaqlandığını bildirib.
İRİB-in məlumatına görə, Suriya prezidenti Bəşşar Əsədin ofisi bir bəyanatda ABŞ-ın Suriyaya raket hücumunu ədalətsiz və açıq-aşkar təcavüz adlandırıb: ABŞ-ın illüziya və yalançı təbliğatdan sadəlövhlüklə təsir alan davranışı səbəb oldu ki, bu ölkənin siyasi quruluşu belə axmaq siyasi və hərbi qışqırığa üz tutsun.
Bəyanatda bildirilir: ABŞ-ın müstəqil ölkənin aeroportunu hədəf alan təhrikedici hərəkəti bir daha Suriyanın qətiyyətli mövqeyinə açıq-aşkar sübutdur. Hansı ki, ABŞ-da müxtəlif hökumətlərin iqtidara gəlməsi ölkələrə hücum və həmin ölkələrin xalqlarına nəzarət etmək üçün cəhdlərini dəyişdirmir.