Sionist rejimin Qəzzənin işığının kəsilməsi üzrə fitnəsi
Sionist rejimin nazirlər kabinetinin İordan çayının qərb sahilindəki koordinatoru hədələyərək bildirib ki, yenidən Qəzzə zolağının elektrik cərəyanını kəsəcəkdir.
Əlyəum Əlsabə saytı bu gün xəbər verib ki, bu xəbərdarlıq Qətər və Türkiyənin Qəzzə zolağındakı elektrik stansiyalarına yanacaq verməkdən çəkinmələrindən sonra edilibdir.
Sionist rejim Həmas-ın bu problemdə məsuliyyət daşıdığını bildirib.
Sionist rejimin nazirlər kabinetinin İordan çayının qərb sahilindəki koordinatoru Yuaf Mordxay iddia edibdir ki, Qəzzədə yanacaq xərcləri bu məntəqədə elektrik stansiyalarının istifadəyə verilməsinə görə artıbdır, halbuki Həmas bu xərcləri ödəməyə heç bir təmayül göstərmir.
Qəzzədə enerji bölməsinin məsul şəxsləri bildiriblər ki, məntəqənin elektrik stansiyasının istifadəyə verilməsi üçün lazım olan yanacaq qarşıdakı bir neçə günədək qurtaracaq və əgər Fələstin muxtariyyəti elektrik stansiyalarının yanacağına qoyulmuş verginin miqdarını ləğv etməzsə, yanacaq maddələrini təşkil etmək üzrə problemlər davam edəcək.
Qəzzə zolağının sakinləri on il bundan öncədən elektrik böhranı ilə üzləşiblər.
Bu məntəqə 2006-cı ildən hərtərəfli surətdə sionist rejimin mühasirəsi altındadır.