Suriyanın Hums vilayətində partlayış
Apr 09, 2017 08:07 Asia/Baku
-
Suriyanın Hums vilayətində partlayış
Suriyanın Hums vilayətində partlayış nəticəsində bir nəfər ölüb, azı 25 nəfər də yaralanıbdır.
Press TV-nin məlumatına görə, bir mülki avtobusda yerləşdirilmiş bu bomba dünən Hums vilayətinin Hassia şəhərində partlayıb. Bu avtobus partlayış zamanı fəhlələri daşımaqda imiş.
Xəstəxana mənbələrinin bildirdiklərinə görə. yaralılardan bəzilərinin vəziyyəti ağırdır və tələfat miqdarının artması ehtimalı var.
Suriya beş ildən çoxdur ki, Amerika və onun Ərəbistan, Qətər və Türkiyə kimi regional müttəfiqləri tərəfindən dəstək alan İŞİD və Cibhətunnusrə kimi silahlı və terror qruplarının iştirakı ucbatından böhranla üz-üzədir.