Dəməşqin ətrafında qanlı terror
-
Dəməşqin ətrafında qanlı terror
Suriya mənbələri Dəməşqin ətrafında bir binada törədilən partlayışda 30 nəfərin həlak olmasından xəbər veriblər.
Skay Nyus-un verdiyi məlumata görə, bu partlayış bazar ertəsi günü Ərbin məntəqəsində, ordu qüvvələrinin yerləşdiyi məkanda törədilib.
Bu məlumata görə, Dəməşqin bir neçə istiqamətində ordu qüvvələri və silahlı qruplar arasında toqquşmalar davam edir. Xüsusi ilə Bəsatin Bərzə, Cubər və Qabun məntəqələrində toqquşmalar hələ də davam edir. Suriya ordusu silahlı qruplaşmaların mövqelərinə havadan raket zərbələri endirir.
Ötən gün də Suriyanın İordaniya ilə sərhədlərində yerləşən Dəqqaqə məntəqəsində, Rəkban düşərgəsi ətrafında bir partlayış törədilmişdi. Suriya ilə İraq arasındakı Tinif keçid məntəqəsi yaxınlığında da partlayışın törədildiyi bildirilir.
Suriya 6 ildir ki, Amerika və onun regiondakı müttəfiqləri o cümlədən Ərəbistan və Qətərin himayə etdiyi terrorçulara qarşı mübarizə aparır.