Apr 11, 2017 17:26 Asia/Baku
  • Ali-Xəlifə rejimi tərəfindən ədalətsiz məhkəmə qərarlarının çıxarılması davam edir

Bəhreyn məhkəməsi ədalətsiz qərarların çıxarılması prosesinin davamında ictimai fəal Mehdi Səhvan barəsində çıxarılmış 6 aylıq həbs qərarını təsdiq edib.

Mehdi Səhvan 2011-ci ildə təhlükəsizlik qüvvələri tərəfindən başından vurularaq ağır şəkildə yaralanan daha sonra həbsə məhkum edilən və 2017-ci ilin martında zindanda həyatını itirən Məhəmməd Səhvanın qardaşıdır. 

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Bəhreyn məhkəməsinin bazar ertəsi günü Mehdi Səhvan barəsində 6 ay həbs qərarı çıxartmasının ardınca, təhlükəsizlik qüvvələri onu həbs edərək, Cəv zindanına köçürüblər. Mehdi Səhvan tanınmış ruhani Şeyx İsa Qasımın mənzili önündə keçirilən aksiyada iştirak etməkdə ittiham olunur. 

Digər tərəfdən Bəhreynin təhlükəsizlik qüvvələri Vəfa hərəkatının rəhbəri Şeyx Mürtəza Sindinin mənzilinə basqın edərək, atasını sorğu-suala çəkiblər. Şeyx Mürtəza Sindi hazırda Bəhreyndən xaricdə  yaşayır. 

Başqa bir məlumata görə, Bəhreyn xalqı Ali Xəlifə rejimi tərəfindən dağıdılmış məscidlərin bərpa edilməsi zərurətinə təkid məqsədi ilə bu məscidlərdə camaat namazı təşkil edib. Namazda iştirak edənlər dağıdılmış bütün məscidlərin yenidən bərpa edilməsinə təkid ediblər. 

Bəhreyn rejimi 2011-ci ildə ölkədə fövqəladə vəziyyətin elan edilməsindən sonra bir neçə məscidi dağıdaraq, insanların bu məscidlərdə namaz qılmasını önləməyə çalışıb. Buna baxmayaraq, insanlar dağıdılmış məscidlərdə namaz qılmağa davam edirlər. 

Bəhreyn 2011-ci ilin 14 fevralından hakim Ali - Xəlifə rejiminə qarşı xalq etirazlarının şahididir. Xalq ölkədə ictimai ədalət, bərabərlik və demokratik quruluşun iqtidara gəlməsini tələb edir. 

Teqlər