İraqın baş naziri Kərkükdə referendumun keçirilməsi ilə müxalifət etdi
-
İraqın baş naziri Kərkükdə referendumun keçirilməsi ilə müxalifət etdi
İraqın baş naziri Heydər İbadi Kərkük ostanının taleyi ilə bağlı referendumun keçirilməsi ilə müxalifət edib.
Bərasa informasiya agentliyi İraqın baş naziri Heydər İbadiyə istinadla bildirib: Kərkükdə referendumun keçirilməsi mümkün deyil. Çünki, bu vilayətin bəzi məntəqələri İŞİD-in işğalı altındadır və Kərkük vilayəti sakinlərinin bir hissəsi də digər vilayətlərə köçməyə məcbur olublar.
İbadi əlavə edib: İraq hökuməti Kərkükdə yaşayan bütün etnoslara bərabər gözlə baxır.
İraq Kürdüstanı yerli hakimiyyəti Kərkük vilayətində referendumun keçirilməsi yolu ilə bu məntəqəyə nəzarəti ələ keçirmək istəyir. Lakin, Kərkük vilayətinin yerli türkmən və ərəb sakinləri belə bir referendumun keçirilməsi ilə müxalifət edərək, Kərkükün bir kürd vilayəti olmadığını bildiriblər.
Kərkük Vilayət Şurası 28 mart 2017-ci il tarixində dövlət binaları üzərində İraq Kürdüstanı yerli hakimiyyətinin bayrağını dalğalandıraraq, Kərkükün taleyinin təyin edilməsi üçün referendumun keçirilməsini istəyib. İraq hökuməti və Kərkük türkmənləri bu məsələ ilə kəskin müxalifət ediblər.