Apr 13, 2017 09:26 Asia/Baku
  • Bəhreyndə etirazçıların yatırılması haqda məlumat

Bəhreyn İnsan Haqları Mərkəzi aprelin ilk həftəsi boyu Ali-Xəlifə rejiminin hərbçiləri tərəfindən 17 etirazçılnın həbs olunmasından xəbər verib.

IRNA-nın məlumatına görə, Bəhreyn İnsan Haqları Mərkəzi dünən Ali-Xəlifə rejiminin etirazçılara qarşı hücumları haqda bir məlumat yayaraq, bildirib: Aprelin 3-dən 9-dək Bəhreynin 22 məntəqəsində 37 dinc aksiya keçirilib ki, bu arada altı aksiya Ali-Xəlifə rejimi hərbçilərinin basqın və repressiyalarına məruz qalıbdır.

Bəhreyn hüquq təşkilatlarının bildirdiklərinə görə, 2016-cı ildə Ali-Xəlifə rejimi tərəfindən ümumi azadlıqların yatırılması, əqidə ifadəsinin əngəllənməsi və bütün Bəhreyn vətəndaşlarına, xüsusən bu ölkə şiələrinə təzyiqin tətbiq edilməsi həddini aşıbdır.

Bəhreyn xalqı yeni ili elə bir halda başlayıbdır ki, bir çox siyasi məhbus təkcə öz qanuni hüquqları və ədaləti tələb etdiyinə görə, məhbəsdədir.

Belə bir halda, İngiltərədə Reprieve insan haqları təşkilatı bildirib ki, Bəhreyn və Ərəbistan müxalifləri yatırmaq üçün edam cəzasından istifadə sahəsində ən pis keçmişə malikdirlər.

Bəhreyn və Ərəbistan İngiltərənin baş naziri Tereza Meyin son həftələrdə anlaşma apardığı ölkələrdir.

Bəhreyn 2011-ci il fevralın 14-dən bəri Ali-Xəlifə rejiminə qarşı xalq inqilabının şahididir. Bəhreyn xalqı bu ölkədə azadlıq, ədalətin bərqərarı, ayrı-seçkiliyin aradan götürülməsi və seçilmiş bir hökumətin hakimiyyətə gəlməsini istəyir.

Teqlər