Səud rejimi Yəməndə atəşkəslə müxalif olduğunu etiraf edib
Ali-Səudun müdafiə naziri etiraf edib ki, Ərriyad Yəməndə atəşkəsi qəbul etməyə hazır deyil.
IRIB-nin məlumatına görə, səud koalisiyasının bundan öncə Yəmənin Ənsarullah hərəkatını atəşkəsi pozmaqda ittiham etdiyi bir halda, Ali-Səudun müdafiə naziri Əhməd Əsiri Parisdə keçirdiyi mətbuat konfransında etiraf edib ki, Ərriyad Yəməndə atəşkəsi qəbul etməyə hazır deyil.
Belə bir halda, BMT-nin Yəmən məsələləri üzrə nümayəndəsi İsmayıl Vələd Əlşəyx Əhməd bundan öncə vurğulamışdı ki, Yəmən böhranının həlli üçün siyasi iradəyə və xoşməramlılığa malik olmaq zəruridir.
Ərriyadın Yəməndə atəşkəsin bərqərarı ilə aşkar müxalifəti elə bir haldadır ki, təcavüzkar səud-amerikan qırıcıları Yəmənin mərkəzindəki Marəb əyalətində yerləşən Sərvah şəhərini bombalayıblar.
Belə bir halda, Yəməndə İnsan Haqları və İnkişaf Məsələləri Mərkəzi bir hesabatda bildirib ki, 2015-ci ilin martından, Ərəbistanın Yəmənə qarşı hücumlarının başlandığı zamandan bəri 12041 yəmənli mülki həyatını itirib. Onların 4400 nəfərni qadın və uşaqlar təşkil edirlər.
Ərəbistan ABŞ və İngiltərənin dəstəyi və Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini hakimiyyətə qaytarmaq məqsədi ilə 2015-ci ilin martından Yəmən xalqına qarşı hücumlarına başladı.