Cibhətunnusrə terrorçularının mövqeləri məhv edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i265824-cibhətunnusrə_terrorçularının_mövqeləri_məhv_edilib
İnformasiya mənbələri Suriya ordusunun Cibhətunnusrə terror qrupunun bu ölkənin müxtəlif məntəqələrindəki mövqelərinə qarşı hücumundan xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 15, 2017 14:31 Asia/Baku
  • Cibhətunnusrə terrorçularının mövqeləri məhv edilib

İnformasiya mənbələri Suriya ordusunun Cibhətunnusrə terror qrupunun bu ölkənin müxtəlif məntəqələrindəki mövqelərinə qarşı hücumundan xəbər veriblər.

Əlaləm telekanalının məlumatına görə, Suriya ordusu bu gün günorta çağı Cibhətunnusrə terror qrupunun İdlib ətrafında yeləşən Kənsəfrə və Kəfərnil məntəqələrindəki mövqelərini hədəfə alıb. Nəticədə bir qrup terrorçu ölüb və ya yaralanıbdır.

Suriya ordusu həmçinin Cibhətunnusrə terror qrupunun Həmah şəhərinin şimal ətrafında yerləşən Həlfaya və Təbiyyə Əlimam və Əllətaminə məntəqələrindəki mövqelərini hədəfə alıbdır.

Cibhətunnusrə terror qrupunun Dəra Əlbələd məntəqəsindəki mövqeləri də Suriya ordusunun hücumları hədəflərinə çevriliblər.

Suriya qırıcıları da bir neçə əməliyyatda İŞİD-in Riqqə və Bukəmal məntəqələri və Dəşişə kəndindəki mövqelərini bombalayıblar. Nəticədə bir qrup terrorçu məhv edilib. Bu məntəqə Suriyada terrorçuların ən böyük bazalarından biridir.