İraqın xalq qüvvələri İŞİD ünsürünün hücumunu nakam qoyublar
İraqın könüllü xalq qüvvələri İŞİD terrorçularının partlatmaq istədikləri bir avtomobilin məhv edilməsindən xəbər veriblər.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, Mosulun qərb hissəsinin İŞİD-in işğalından azad edilməsi əməliyyatında İraq ordusunun kənarında döyüşən Həşədüşşəbi qüvvələri bildiriblər ki, İŞİD-in bir ədəd avtomobili Mosulun qərbində iraqlı qüvvələrə yaxınlaşarkən onu hədəfə alaraq məhv ediblər.
Eyni zamanda İraqın Kürdüstan bölgəsinin təhlükəsizlik şurası bildirib ki, İŞİD-in İraqdakı müftisi Əbu Əyyub Əl-Ətar ləqəbli Abdulla Əl-Bədrani, bu terror qrupunun iki başqa başçısı ilə birlikdə İraqın Mosulun qədim hissəsinə qarşı hava hücumunda öldürülüb.
Abdulla Əl-Bədrani məhbusların işgəncə edilmələri, yezidi qadınlara qarşı cinsi zorakılıqlar, Mosulda mülkiyə qarşı hücumlar və onlardan canlı qalxan kimi istifadə edilməsi barədə fitvalar vermişdi.