Apr 16, 2017 16:55 Asia/Baku
  • Suriyalı deputat Hələb terror aktına görə Türkiyəni ittiham etdi
    Suriyalı deputat Hələb terror aktına görə Türkiyəni ittiham etdi

Suriya parlamentinin bir üzvü Əlfuə və Kəfərya qəsəbələrində törədilən terror aktını Suriyada sülh prosesinə zərbə vurmaq istiqamətində Türkiyə tərəfindən atılmış addım olduğunu iddi edib.

Hüseyn Rağib deyib: Hələb hadisəsində ölən və yaralananların Türkiyəyə köçürülməsi bu ölkə prezidenti Rəcəb Təyyib Ərdoğanın planının bir parçasıdır. 

Bu suriyalı deputat bazar günü Fars xəbər agentliyinə verdiyi müsahibədə iddia edib ki, Ərdoğan terrorçulara 15 milyon avro verərək, onlardan, şiə sakinli Əlfuə və Kəfərya qəsəbələrinin sakinlərinin mühasirədən çıxmalarına icazənin verilməsi üzrə anlaşmanın icrasına mane olmalarını istəyib.

Rağib deyib: Ərəbistan, bu terror aktını planlaşdırması və həyata keçirməsi üçün öz kəşfiyyatşılarından birini Türkiyə yolu Suriyanın İdlib vilayətinə göndərib. 

Suriya parlamentinin digər üzvü Arif Təvil də Hələb terror aktı barədə deyib: Əlfuə və Kəfərya sakinlərindən 110 nəfərinin ölümü ilə nəticələnən terror aktı terrorçular ilə danışıqların faydasız olduğunu bir daha sübut etdi. 

Təvil Türkiyənin təcili yardım maşınlarının Hələbin Raşidin məhəlləsinə gəlməsi barədə xəbərlərə reaksiya olaraq deyib: Bu, Türkiyənin həmin hadisədə rol oynadığına dəlalət edir. 

Əlfuə və Kəfərya sakinlərini köçürməli olan avtobusların arasında bomba quraşdırılmış bir avtomobilin partladılması nəticəsində 118 nəfər həlak olub, 224 nəfər isə yaralanıb. 

Teqlər