Apr 16, 2017 17:45 Asia/Baku
  • Qəzzənin yeganə elektrik enerjisi öz fəaliyyətini dayandırmağa məcbur oldu
    Qəzzənin yeganə elektrik enerjisi öz fəaliyyətini dayandırmağa məcbur oldu

Qəzzə Zolağı Elektrikpaylaşdırma Şəbəkəsinin müdiri bu məntəqədə yerləşən yeganə elektrik stansiyasının yanacaq çatışmazlığı üzündən öz fəaliyyətini bazar günündən etibarən dayandırmağa məcbur olduğunu bildirib.

İRİB-nin verdiyi məlumata görə, Samir Mətir bütün yanacaq ehtiyatının qurtardığını deyərək, əlavə edib: Qəzzə Enerji Təşkilatı və Ramallahda yerləşən Neft Təşkilatı Fələstin dövlətinin bu elektrik stansiyası üçün təyin etdiyi vergilərlə bağlı fikir ayrılığına malikdirlər və bu iki qrum arasındakı ixtilaflar elektrik stansiyasının yanacaqla təmin edilməsini problemlə üzləşdirib. 

2006-cı ildə keçirilən seçkilərdə Həmasın qələbə çalması ilə Qəzzə Zolağı mühasirəyə alındı və o zamandan bəri mühasirədə saxlanılır. 

İsrail rejimi ötən 10 ildə Qəzzəni mühasirədə saxlayaraq, yanacaq, tikinti materialları, dərman preparatları və digər zəruri məhsulların bu məntəqəyə buraxılmasına mane olur. 

Qəzzə elektrik stansiyasının bir hissəsinə İsrailin Qəzzəyə olan hücumları zamanı zərər və ziyanlar dəyib və Qəzzə sakinləri adi qaydada elektrik stansiyasının fəaliyyətdə olan 2 bolku tərəfindən gündə 8 saat elektrik enerjisi ilə təmin edilir. 

Fələstinin Səhiyyə Nazirliyi də elektrik enerjisinin verilməsində fasilənin yaranmasının təhlükəli nəticələri barədə xəbərdarlıq edib. 

Teqlər