İŞİD-in kimyəvi hücum planı uğursuz oldu
İraqın təhlükəsizlik dairələri Tələfərdə İŞİD-in kimyəvi maddələri daşıyan yük maşınının məhv edildiyini bildiriblər.
Əl-Aləm televiziyasının məlumatına görə, İraqın bir təhlükəsizlik rəsmisi bildirib: İraq ordusunun bazar günü hava hücumunda Tələfərin mərkəzində Həsənköy bölgəsində İŞİD qruplaşmasına aid zəhərli kimyəvi maddələri daşıyan bir yük maşını vurulub və məhv edilib.
Adının açıqlanmasını istəməyən bu rəsmi xatırladıb: İŞİD ünsürləri bu maddələrdən kimyəvi raketlərin istehsalında istifadə etmək istəyirlərmiş. Belə ki, Mosulun qərbində İraq polis qüvvələrinə qarşı kimyəvi hücumlarında onlardan istifadə etsinlər.
İŞİD terrorçuları mümkün hər bir variantdan istifadə edərək İraq qüvvələrinin Tələfərdə irəliləməsinin qarşısını almağa cəhd edirlər.
Bu arada İraq Daxili İşlər Nazirliyinin informasiya departamenti bildirib: İŞİD başçısı Əbubəkr Bağdadi hələ də Suriyadadır və İraqa yaxın sərhəd bölgəyə getməkdədir.
İraqın təhlükəsizlik rəsmisinin dediyinə görə, Suriyada Riqqə İŞİD terror qruplaşmasının İraqda məğlub olmasından sonra son gizli bazası olacaqdır. Və bu şəhərin təmizlənməsi ilə İŞİD regionda məhv olacaq.
Başqa bir məlumata görə, İraqın yerli dairələri bildiriblər ki, Tələfərdə İŞİD-in həbsxanasın şühbəli hücumda ərəb ölkələri vətəndaşları olan İŞİD-in 7 üzvü azad olunub və 3 İŞİD həbsxana məmuru öldürülüb.