Suriya ordusu irəliləyir
-
Suriya ordusu irəliləyir
Suriya ordusunun Deyruz-Zur şəhərində İŞİD terrorçularının mövqelərinə hücumunda bir qrup terrorçu məhv edilib.
Əl-Aləm televiziyasının məlumatına görə, Suriya ordusu qüvvələri Deyruz-Zurda İŞİD-in mövqeləri və bazalarını atəşə tutaraq terorçuların hərbi sursatlarını məhv ediblər.
Bu arada Dəranın ətrafında İŞİD-in mövqeləri atəşə tutulub.
Bu əməliyyatda azı 14 İŞİD terrorçusu öldürülüb və bir qrup da yaralanıb. İŞİD başçılarından Mahmud əl-Cədan əl-Rəfi Əbu Həmmam bölgəsində öldürülüb.
Suriya ordusu qüvvələri həmçinin Suran, Təl Bəzam bölgələri və Qəban keçidinə nəzarəti ələ keçirərək Ən-Nüsrə Cəbhəsi terror qruplaşmasına bağlı onlarla terrorçunu məhv edib.
Suriya təxminən altı ildir ki, ABŞ və regional müttəfiqləri, o cümlədən Ərəbistan, Qətər və Türkiyə tərəfindən dəstəklənən İŞİD və Ən-Nüsrə Cəbhəsi kimi terrorçu qruplaşmaların cinayətlərinə görə, böhranla üz-üzədir.