Yəməndə səudların bir vertolyotu vurulub
Yəmən ordusu bu ölkənin Marəb vilayətində səudların bir vertolyotunu vuraraq, səud təcavüzkarlarından azı 13 nəfəri öldürüblər.
Təsnim xəbər agentliyinin məlumatına görə, Marəb vilayətindəki yəmənli düşərgələrin üzərində uçan bu vertolyot bir ədəd raketlə hədəfə alınıbdır.
Bu vertolyot Fars Körfəzi ətrafındakı bəzi ərəb ölkələrinin zabitləri daxil olmaqla bir qrup zabit və hərbçini daşıyırmış.
Yəmənin Əlməsirə telekanalı da bildiribdir ki, Yəmənin artilleriyası və xalq qüvvələri səud hərbçilərinin Ərəbistanın Cizan məntəqəsindəki mövqelərini hədəfə alıblar.
Yəmənli qüvvələr habelə Ərəbistanın Əsir məntəqəsində raketlə Ərəbistanın bir ədəd hərbi buldozerini məhv ediblər.
Ərəbistanın Yəmənə qarşı ardıcıl hücumlarına və minlərlə yəmənlini qırmasına rəğmən, Yəmən ordusu və xalq qüvvələri təşəbbüsü ələ alıb, səudların mövqelərinə hücum edərək, onlara cavab zərbələri endiməyə müvəffəq olublar.