Bəhreynin hərbi tribunallarında mülkilərin mühakiməsi
-
Bəhreynin hərbi tribunallarında mülkilərin mühakiməsi
Bəhreyn kralı Həməd bin İsa Ali-Xəlifə bu ölkə xalqının yatırdılmasının davamında mülkilərin hərbi tribunallarda mühakiməsi barədə qanunu təsdiq edib.
Mərat Əlbəhreyn xəbər portalının məlumatına görə, bu qanuna əsasən, Ali-Xəlifə rejiminə etiraz edəcək hər bir mülki şəxs hərbi tribunalda mühakimə ediləcək.
Bəhreynin baş naziri, müdafiə qüvvələrinin baş komandanı, nazirlər və milli qvardiya rəisi bu qanunu onun rəsmi qəzetlərdə dərc olunmasından sonra icra edə bilərlər.
Beynəlxalq Amnistiya Təşkilatı bir bəyanatda Bəhreyn vətəndaşlarının hərbi cəhətdən mühakimə olunmaları barədə qanunun qəbul olunmasını faciəli adlandırıb.
Beynəlxalq Amnistiya Təşkilatının Beyrutda yerləşən regional ofisində tədqiqat bölməsinin müdiri Lin Məəluf bildirib ki, Ali-Xəlifə rejiminin bu hərəkəti Bəhreyn hökumətinin müxalifləri yatırmaq və insan haqlarına göz yummaq üzrə geniş planlarından biridir.
Bəhreyn 2011-ci ildən bəri ümumi narazılıqlar böhranı ilə üzləşir. Ali-Xəlifə rejimi bu qanunu məclisdə qəbul etmək və onun kral tərəfindən imzalanması ilə inqilabçıların hərbi mühakiməsinə icazə veribdir.
Bəhreyn xalqı bu ölkədə azadlıq, ədalətin bərqərarı, ayrı-seçkiliyin aradan götürülməsi və seçilmiş bir hökumətin hakimiyyətə gəlməsini istəyir.