Yəmən xalqı Əl-Hədidə limanının bağlanmasına qarşı aksiya keçirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i266388-yəmən_xalqı_Əl_hədidə_limanının_bağlanmasına_qarşı_aksiya_keçirib
Yəmən xalqı dünən Birləşmiş Millətlər Təşkilatının paytaxt Səndakı ofisi qarşısında etiraz aksiyası keçirərək Əl-Hədidə limanının bağlanması və Yəmən xalqına qarşı soyqırımını pisləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 20, 2017 08:09 Asia/Baku
  • Yəmən xalqı Əl-Hədidə limanının bağlanmasına qarşı aksiya keçirib
    Yəmən xalqı Əl-Hədidə limanının bağlanmasına qarşı aksiya keçirib

Yəmən xalqı dünən Birləşmiş Millətlər Təşkilatının paytaxt Səndakı ofisi qarşısında etiraz aksiyası keçirərək Əl-Hədidə limanının bağlanması və Yəmən xalqına qarşı soyqırımını pisləyib.

Əl-Məsirə telekanalının verdiyi məlumata görə, aksiyaçılar Yəmən xalqına qarşı soyqırımını və yəmənlilərin ac saxlanılmasını pisləyərək təcavüzkarların Əl-Hədidə limanının mühasirəyə alınmasına dayir planına qarşı çıxdıqlarını bildiriblər. 

Nümayişçilərin 6 günədək Sənadan Əl-Hədidə limanına yürüşləri qərara alınıb. 

Nümayişçilərin bəyanatında deyilir: Amerika və Britaniya Yəmən xalqının soyqırımı planını həyata keçirməkdədir ona görə ki, Yəmənə təcavüz edən ölkələrə qadağan edilmiş silahlar sataraq bir başa Yəmən qalqının qırğınında rol oynayırlar. 

Bəyanatda dövlət işçilərinin maaşlarının dayandırılması, Yəmənin müxtəlif bölgələrinə qarşı hava hücumları, ərzaq və tibbi ehtiyacların idxal edildiyi yeganə qapı olan Əl-Hədidə limanının bağlanmasını pislənilib. Yəmən xalqı həmçinin iqtisadi blokadaya son qoyulması, Səna hava limanından hava nəqliyyatının bərpa edilməsini istəyib. 

Səudiyyə Ərəbistanı Əl-Hədidə limanından Yəmənə silah-sursatın qaçaq edildiyini iddia edərək bu ərazini hərbi bölgə elan edib və limanın fəaliyyətini dayandırmaq, onu dağıtmaq niyyətindədir. Əl-Hədidə limanı Yəmənin ən əsas limanı olaraq ölkənin ərzaq və səhiyyə ehtiyaclarının 80 faizinin idxalını təmin edir.