İraq prezidenti milli barışıq layihəsinin uğur qazanmasında İraq xalqının əzmkr olduğunu deyib
-
İraq prezidenti milli barışıq layihəsinin uğur qazanmasında İraq xalqının əzmkr olduğunu deyib
İraq prezidenti Fuad Məsum xalqın milli barışıq layihəsinin uğur qazanması üçün əzmkar olduğunu vurğulayıb.
İRİB-in verdiyi məlumata görə, İraq perzidenti dünən Bağdadda Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel ilə görüşündə ölkəsinin xalqının milli barışıq layihəsinin müvəffəqiyyət qazanmasında, terrorçuların fəaliyyətləri üzündən dağılan bölgələrin yenidən bərpa edilməsində, didərginlərin öz ev-eşiklərinə qayıtmalarında və şərəfli həyatın təmin olunmasında əzmkar olduğunu bildirib.
İraq prezidenti İraqın sənaye, kənd təsərrüfatı və tibb sahələrində infrasturukturlarının yenidən bərpa edilməsi, Bağdad-Berlin əməkdaşlıqlarının genişləndirilməsi yollarının araşdırılmasına təkid edərək deyib: Şübhəsiz İraq özünün iqtisadi gücünü bərpa etməklə regionda sülh və sabitliyin bərqərar edilməsindəki rolunu davam etdirəcək.
Görüşdə Almaniya XİN rəhbəri də İraqın terrorizm ilə mübarizədəki uğurlarını yüksək qiymətləndirərək deyib: Almaniya iqtisadi sahədə İraqa dəstəyini artırmaq, bu ölkədə bərpa işlərinin həyata keçirilməsi, sabitliyin yenidən bərqərar olunması və qüvvələrin hazırlanması sahələrində səylər göstərir.