Apr 20, 2017 17:02 Asia/Baku
  • BMT Qəzzədə yaşanan enerji böhranı ilə bağlı narahatlıq ifadə edib
    BMT Qəzzədə yaşanan enerji böhranı ilə bağlı narahatlıq ifadə edib

BMT-nin Yaxın Şərqdə Sülh üzrə xüsusi koordinatoru Qəzzə Zolağında yaşanan enerji böhranından nigaranlıq edib.

Çin xəbər agentliyinin verdiyi məlumata görə, BMT-nin Yaxın Şərqdə Sülh üzrə koordinatoru Nikolay Mladenov çərşənbə günü Qəzzə zolağında enerji böhranının hər gün daha artıq dərinləşdiyini bildirib və bu məsələdən narahatlıq ifadə edib. 

Bu BMT rəsmisi daha sonra Qəzzədə yaşanan enerji böhranını İsrail rejiminin siyasətlərinin nəticəsi adlandırıb. 

N.Mladenovun dediyinə görə, İsrail rejimi Qəzzə Zolağına qarşı mühasirəni daha da gücləndirməklə bu məntəqə sakinlərinin yaşamını daha da çətinləşdirib. 

Qəzzə Zolağının infrastrukturları İsrailin hərbi hücumları nəticəsində yararsız vəziyyətə düşüb. 

İsrail rejimi 2006-cı ilin yanvarından Qəzzə Zolağına qarşı havadan, qurudan və sudan blokada tətbiq edib. 

Teqlər