Ali-Xəlifə Bəhreyndə insan haqlarını pozur
-
Ali-Xəlifə Bəhreyndə insan haqlarını pozur
Bəhreynin insan haqları qrupu bu ölkədə insan haqlarının irimiqyaslı şəkildə pozulduğunu bildirib: Ali-Xəlifə rejimi aprel ayının ikinci həftəsində 52 məhbusu 313 il azadlıqdan məhrum edib.
Press TV-nin məlumatına görə, Bəhreyn insan haqları qrupunun hesabatında bildirilir: Aprel ayının üçüncü həftəsində üç bəhreynli ömürlük azadlıqdan məhrum edilib. Bu zaman ərzində on nəfər, o cümlədən bir uşaq özbaşına şəkildə həbs olunub.
Bəhreyn insan haqları qrupu bildirib ki, aprel ayının üçüncü həftəsində Ali-Xəlifə rejimi əleyhinə qırx dinc aksiyas keçirilib. Bu aksiyalardan bəzisi rejim qüvvələrinin amansızlığı ilə yadda qalıb.
Bu arada Bəhreyn İnsan Haqları Cəmiyyəti öz illik hesabatında 2016-cı ildə bu ölkədə insan haqlarının pozulmasına dair iki min üç yüz səksən doqquz halın qeydə alındığını bildirib.
Bu hesabatın davamında bildirilir: Ali-Xəlifə rejimi 2016-cı ildə qeyri-qanuni şəkildə 306 nəfərin vətəndaşlığını ləğv edib və iki min iki yüz qırx altı nəfər, o cümlədən yüz səksən beş uşağı özbaşına şəkildə həbs edib.
Bəhreyn 2011-ci il fevral ayından Ali-Xəlifə rejimi əleyhinə dinc xalq etirazlarının şahididir. Bəhreynlilər azadlıq, ədalətin bərpası, ayrı-seçkiliyin aradan qaldırılması və seçilmiş hökumətin iqtidara gəlməsini istəyir.
Bu tələblər Bəhreyn rejimi və bəzi ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanının köməyi ilə represssiyalarla nəticələnmişdir.