Suriya: Sionist rejim birbaşa şəkildə terrorçuları dəstəkləyir
Suriya müdafiə nazirliyi dünən gecə vurğulayıb ki, sionist rejimin Suriyaya təcavüzü terrorçulara dəstək məqsədilə həyata keçirilib.
IRNA-nın məlumatına görə, Suriya müdafiə nazirliyi sionist rejimin dünən gecə Suriyanın cənubundakı Qunəytrə vilayətində yerləşən "Xan Ərnəbəh" qəsəbəsi ətrafında bu ölkə ordusunun mövqelərinə qarşı hücumuna işarə edərək, bildirib ki, bu təcavüz terror qruplarının Qunəytrə ətrafındakı hərbi mərkəzlərə daxil olmaq sahəsində uğursuz qalmalarından sonra həyata keçirilib və bir daha sionist rejimin birbaşa surətdə terror qruplarına dəstək verdiyini sübuta yetirib.
Suriyanın müdafiə nazirliyi sonra belə qeyd edib: İsrail rejiminin ümidsizcəsinə cəhdləri Suriyanın silahlı qüvvələrini sionist rejimin regiondakı qolu sayılan terror qrupları ilə mübarizələri və bu qrupların məhv edilmələri üzrə əməliyyatlarını davam etdirməkdən çəkindirə bilməz.
Suriya müdafiə nazirliyinin bəyanatına əsasən, sionist rejimin hava qüvvələri dünən axşam işğal olunmuş ərazilərdən Suriya ordusunun "Xan Ərnəbəh" qəsəbəsi ətrafındakı bazalarından birinə iki raket atıblar. Bu hadisə təkcə maddi xəsarətlər törədibdir.
İsrail rejiminin qüvvələri daim terrorçulara dəstək üçün Suriya ordusunun mövqelərini hədəfə alırlar.