Bəhreyndə insan haqlarının pozulması davam edir
Ali-Xəlifə rejimi etirazçılara divantutma siyasətlərinin davamında bu ölkənin insan haqları fəalı Hüseyn Rəzinin Cenevrəyə səfər etməsini əngəlləyibdir.
IRIB xəbər verir: İlk dəfə deyildir ki, Bəhreyn rejiminin başçıları insan haqları müdafiəçilərinin səfərlərini əngəlləyirlər. Belə ki, onlar ötən il onlarla dəfə insan haqları müdafiəçilərinin BMT-nin İnsan Haqları Şurasının iclasında iştirak üçün Cenevrəyə səfərlərini əngəlləyiblər.
Bəhreyn rejiminin başçıları bundan qabaq da Bəhreyn hava limanında bu ölkənin insan haqları fəalı Hadı Əlmusəvinin BMT-nin İnsan Haqları Şurasının iclasında iştirak üzrə Cenevrəyə səfərini əngəlləmişdilər.
BMT-nin İnsan Haqları Şurasının baş komissarı bu şuranın 34-cü Cenevrə iclasında vurğulayıb ki, Bəhreyn rejiminin repressiya siyasəti bu ölkə xalqına qarşı zülmü artıracaqdır.
Bəhreyn 2011-ci ilin fevralından bəri Ali-Xəlifə rejiminə qarşı xalq inqilabı səhnəsidir. Bəhreyn xalqı azadlıq, ədalətin bərqərarı, ayrı-seçkiliyin aradan götürülməsi və seçilmiş bir hökumətin hakimiyyətə gəlməsini istəyir, amma Ali-Xəlifə rejimi etiraz şöləsini söndürmək üçün müxaliflərin bir çoxunu həbs edibdir.