Taliblərin hücumunda onlarla əfqan hərbçi öldürülüb
Taliban qrupunun üzvləri cümə günü Əfqanıstan ordusunun bu ölkənin şimalında yerləşən mühüm hərbi bazalarından birinə hücum edərək, onlarla əfqan hərbçini öldürüblər.
Frans-Press-in məlumatına görə, bir amerikalı hərbi rəsmi bildirib ki, taliblərin Əfqanıstan ordusunun Bəlx vilayətinin mərkəzi olan Məzar-Şərif şəhəri yaxınlığındakı hərbi bazasına qarşı hücumunda əllidən çox əfqan hərbçi öldürülüb.
Əfqanıstan ordusunun hərbi geyimlərini geymiş taliblər cümə namazı qılınarkən bu hücumu həyata keçiriblər.
Hücum bir bombanın partlaması ilə başlanıb. Sonra hücumçular hərbi bazaya daxil olaraq, Əfqanıstanın təhlükəsizlik qüvvələri ilə döyüşüblər.
Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü Dövlət Vəziri deyib ki, biri, partlayış gödəkçəsi geymiş beş talib, əfqan əsgərlər tərəfindən öldürülübdür.