Apr 22, 2017 19:26 Asia/Baku
  • Ərəb Liqası: Ərəb ölkələrinin maliyyə durumu ağırdır

Ərəb Liqası ərəb ölkələrinin maliyyə durumunun ağır olmasından xəbər verib.

IRNA-nın Əlnəhar nəşrinə istinadlı məlumatına görə, ərəb ölkələrinin maliyyə fondunun rəyasət heyətinin sədri Əbdurrəhman Əlhəmidi deyib ki, ərəb ölkələrinin büdcə kəsri onların adambaşına düşən daxili istehsalının on faizi sərhədini aşıb keçibdir və bu ölkələr ikinci il dalbadal qeyri-münasib durumla mübarizə aparırlar.

Əlhəmidi həmçinin ərəb ölkələrinin iqtisadi strukturlarında geniş dəyişiklik zərurətini vurğulayıbdır.

Dünya Bankı da özünün ən yeni hesabatında Fars Körfəzi ətrafındakı ərəb ölkələrinin qarşısında duran iqtisadi böhran və iqtisadi inkişafın azalması barədə xəbərdarlıq edərək, onun kəskinləşməsinin qarşısının alınması üçün lazımi həll yollarının tapılması vacibliyini vurğulayıb.

ABŞ-ın Kolumbiya Universiteti də bir hesabatda bildirib ki, neftin qiymətinin azalması Fars Körfəzi ətrafındakı ərəb ölkələri üçün bir çox problem yaradıb və bu ölkələrdə iş bazarını son dərəcə təzyiq altında qoyubdur.

Teqlər