İŞİD-in başçılarından biri iraqlı xalq qüvvələri tərəfindən öldürülüb
İraqın xalq səfərbər qüvvələri bu gün Tələfər şəhərində İŞİD-in HHM başçılarından birinin gizləndiyi məkanı məhv edərək, önü öldürüblər.
Əlaləm-in məlumatına görə, İraqın xalq səfərbər qüvvələrinin 4-cü diviziyasının əməliyyat komandiri Əbu Zeynəb bu gün "Əlhəşd Əlşəəbi" portalı ilə müsahibədə deyib ki, bu qüvvələr İŞİD-in Tələfər şəhərindəki gizli məkanını məhv edib və İŞİD başçısı Əbu Bəkr Əlbəğdadinin əmisi oğlu Həsən Yunis Şəxtarı, Abdullah Hiv adlı digər İŞİD başçısı ilə birgə öldürüblər.
Əlsultani qeyd edib ki, səfərbər qüvvələr hazırda Tələfər şəhərini mühasirəyə alıblar.
İraqın xalq səfərbər qüvvələrinin kəşfiyyat qərargahı da bildirib ki, "Əlhəşd Əlşəəbi"nin 25-ci alayının kəşfiyyat qüvvələri 99-cu alay ilə ahəngdar surətdə İŞİD-çilərin Səlahəddin vilayətinin Məkhul məntəqəsinə soxulmaq üzrə cəhdlərini uğursuz qoyubdur.
Neynəvanın azad edilməsi əməliyyatının komandanı da Mosulun qərbindəki "Əlsəhhə Əlsaniyyə" məhəlləsinin azad edilməsindən xəbər verib.
Belə bir halda, media mənbələri bildiriblər ki, iraqlı qadınlar və onların uşaqları Mosulun qərbi və cənubunda İŞİD-in əlindən qaçmaq üçün iraqlı qüvvələrin müvəqqəti olaraq Dəclə çayı üzərinə saldıqları körpülər və ya qayıqlardan istifadə edərək, özlərini təhlükəsiz nöqtələrə çatdırırlar.
İraq məclisinin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Muhəmməd Əlkərbuli də deyib: Azad olunmuş məntəqələrin sakinlərindən təqribən üç min nəfər itkin düşübdür.
Ələnbar vilayət şurasının üzvü Əyd Əmaş da deyib ki, bu vilayət sakinlərindən təqribən 1600 mülki, hərbi əməliyyatdan sonra itkin düşüb və bu şura onların adlarına və itdikləri tarixə malikdir.