Bəşşar Əsəd: Terrorçuların tam formada məhv edilməsinə kimi geri çəkilməyəcəyik
Suriya prezidenti deyib: Suriyada hətta bir terrorçunun qaldığı zamana kimi terrorizm ilə savaş davam edəcək.
Suriya dövlət xəbər agentliyinin verdiyi məlumata görə, Suriya prezidenti Bəşşar Əsəd şənbə günü günortadan sonra bu ölkənn Bəəs Partiyasının Mərkəzi Komitəsinin iclasında deyib: Suriya bu ölkənin birliyi və milli hakimiyyətini hədəfə alan Qərbin ssenariləri və planları qarşısında dayanacaq.
Bəşşar Əsəd əlavə edib: Suriyanın düşmənləri bu ölkə ilə müharibədə bütün vasitələrdən və metodlardan istifadə ediblər və bunun ən aşkar nümunəsi "vəhhabi və ixvançı terrorizmi"ndən istifadədir. O, Qərbin Suriyanın daxili işlərin müdaxilə etməklə terrorizmi himayə etdiyini bildirib və deyib: Qərb dövlətləri xüsusi ilə də Amerikanın müdaxilələri terrorçuların xeyrinədir.
Bəşşar Əsəd ABŞ-ın Xan Şeyxunda kimyəvi silahdan istifadə bəhanəsi ilə Şəirat hava bazasına olan son raket hücumuna işarə edib və deyib: Bu hücum terrorçuların məğlub olması və Suriya ordusunun Həma vilayətində irəliləyişlər əldə etməsinin ardınca həyata keçirildi.
Bəşşar Əsəd Astana və Cenevrə sülh müzakirələri haqda da deyib: Ümidvaram bu danışıqlar Suriya xalqının qanının axıdılmasını önləyə biləcək.