İraqın Mosul şəhərinin cənubunda təkfirçilərin hücumu zərərsizləşdirilib
İraq mənbələri Mosulun cənubunda təkfirçilərin hücumunun zərərsizləşdirilməsi və İŞİD-in təlim və tərbiyə üzrə məsul şəxsinin İraqın şimalında, Tələfərdə öldürülməsindən xəbər veriblər.
Nəhreyn informasiya agentliyinin verdiyi məlumata görə, İraqın polis rəisi Raid Şakir Cəvdət deyib: Polis əməkdaşları Mosulun cənubunda, Həmamül-Əlilin şimalında, Ələric məntəqəsində İŞİD terrorçularının hücumunu önləməyi bacarıblar.
İraq polisinin rəisi əlavə edib: İraq polisinin bu gün Mosulun cənubunda həyata keçirdiyi əməliyyatda 4 İŞİD terrorçusu öldürülüb və ətraf kəndlərə və təpələrə doğru qaçan terrorçular təqibə alınıblar.
İraqın Terrorizm ilə Mübarizə İdarəsi də İŞİD-in təlim və tərbiyə idarəsinin başçısı Əli Rza Mahmudun İraq ordusu hava qüvvələrinin Mosulun qərbində yerləşən Tələfərə hücumu zamanı öldürülməsindən xəbər verib.