Apr 24, 2017 16:56 Asia/Baku
  • İŞİD bir səhvə görə
    İŞİD bir səhvə görə "İsrail"dən üzr istəyib

Sionist rejimin müharibə naziri ifşa edib ki, İŞİD terrorçuları Suriyanın cənubunda Cövlan yüksəkliklərində səhvən İsrail hərbçilərini hədəfə aldığını və dərhal da üzr istəyini bildirib.

Sionist rejimin sabiq müharibə naziri Moşe Yaalon bu rejimin 10-cu televiziyası ilə müsahibədə etiraf edib ki, İsrailə doğru əksər atışlar İŞİD tərəfindən deyil, Suriya ordusunun nəzarət etdiyi ərazilərdən baş verir. 

İŞİD terrorçuları bundan öncə ictimai şəbəkələrdə bildirmişdilər ki, İsraillə müharibə etmirlər. 

Sionist rejim ordusu ötən cümə günü Suriya ərazisindən işğal olunmuş ərazilərə üç minatanın atıldığını, lakin tələfatın olmadığını bildirib. 

Həmçinin İsrail rejimi ordusu Suriya ordusunun Qünəytərə ətrafında Nəb əl-Fəvar bazasını hədəf alıb. Hücum nəticəsində üç suriyalı hərbçi həlak olub, iki nəfər də yaralanıb. 

İsrail rejimi Suriya böhranının 2011-ci ildə başlaması ilə həmişə terrorçuları dəstəkləyib. 

İsrail rejimi ordusunun 210-cu diviziyasının həkimi Tomer Koller son vaxtlar bildirib ki, Suriyada qarşıdurmalarda yaralanan terror qruplarının üzvləri müalicə olunmaq üçün Cövlan yüksəklikləri vasitəsi ilə işğal olunmuş Fələstinə köçürülürlər. 

Teqlər