Apr 24, 2017 19:21 Asia/Baku
  • Ali-Xəlifə rejimi və bəhreynlilərin vətəndaşlığının ləğvi üçün məkrli plan
    Ali-Xəlifə rejimi və bəhreynlilərin vətəndaşlığının ləğvi üçün məkrli plan

Bəhreynin Ali Məhkəməsi iki inqilabçı gəncin vətəndaşlığını ləğv etməklə onları 10 il müddətinə azadlıqdan məhrum edib.

Bəhreynin əl-Vəsət internet portalının məlumatına görə, Ali-Xəlifə rejimi məhkəməsi bazar ertəsi günü iddia edib ki, iki bəhreynli gənc silahdan istifadə və partlayıcı qurğular hazırlamağı öyrənməkdə ittiham olunub.

Ali-Xəlifə rejiminin Apelyasiya məhkəməsi də ötən gün 7 siyasi fəalın vətəndaşlığının ləğv edilməsi ilə razılaşıb.

Bəhreyn məhkəmələri bu ölkə vətəndaşlarına edam qərarlarını artırıblar və inqilabçı müxaliflər və siyasi fəallara ağır cəzalar tətbiq edirlər. Belə ki, bir müddət öncə beş nəfər edama məhkum olunub və 11 nəfərin vətəndaşlığı ləğv olunub.

Bəhreyn 2011-ci ildən ictimai narazılıqlar və bu ölkə vətəndaşlarının Ali-Xəlifə rejimi və ərəbistanlı və bir neçə mürtəce ərəb ölkəsinin muzdlularının repressiyası ilə üzləşmişdir.

Teqlər